Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərinə start verilib.
Konkretfakt.info xəbər verir ki, Azərbaycan çempionu “Sabah” da bu gün meydana çıxıb. Komanda Tofiq Bəhramov adına Respublika stadionunda İsrail çempionu “Hapoel”i qəbul edib. Matç “Sabah”ın 5:2 hesablı qələbəsi ilə başa çatıb.
İlk matçda rəqibinə 1:2 hesabı ilə uduzan “Sabah” nəticəni xeyrinə dəyişməyi bacarıb. Beləliklə, paytaxt təmsilçisi ÇL-in Liqa mərhələsində, “Hapoel” (Beer-Şeva) isə Avropa Liqasının Liqa mərhələsində çıxış edəcək.
Qeyd edək ki, “Sabah” “Qarabağ”dan sonra Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan ikinci Azərbaycan klubu olub.

No Comment! Be the first one.