İranın rəsmi telekanalları və informasiya agentlikləri ehtimal edilən nüvə hücumu zamanı əhalinin riayət etməli olduğu təhlükəsizlik qaydalarını əks etdirən videoçarx nümayiş etdirib.
Konkretfakt.info İran mediasına istinadən xəbər verir ki, insanlara partlayış anında yaranan işığa baxmamaq, dərhal ən yaxın tikiliyə sığınmaq, pəncərə və binaların çöl divarlarından aralı dayanmaq, eləcə də havalandırma sistemlərini bağlamaq məsləhət görülür.
Təlimatlarda həmçinin radiasiyaya məruz qalmış paltarları soyunmaq, bədəni sabunlu su ilə yumaq və minimum 24 saat ərzində qapalı məkandan çıxmamaq kimi vacib addımlar diqqətə çatdırılır.
Bununla yanaşı, sakinlərə mümkün evakuasiya tədbirləri ilə əlaqədar sadəcə rəsmi açıqlamalara etibar etmələri bildirilir.

No Comment! Be the first one.