Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” Sərhəd Dəstəsinin xidməti ərazisində əsaslı təmir olunan “Yalama” sərhəd komendantlığı şəxsi heyətin istifadəsinə verilib.
Konkretfakt.info xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili, sərhəd bölmələrinin müasir tələblərə uyğun infrastruktura malik olması, şəxsi heyətin xidmət və sosial-məişət şəraitinin davamlı şəkildə yaxşılaşdırılması Dövlət Sərhəd Xidmətinin fəaliyyətinin əsas istiqamətlərindəndir.
Açılışda vurğulanıb ki, yenilənmiş sərhəd komendantlığının istifadəyə verilməsi idarəetmənin çevikliyinin artırılmasına, sərhəd naryadlarının fəaliyyətinin daha səmərəli təşkilinə, qüvvə və vasitələrin operativ idarə olunmasına, eləcə də yarana biləcək təhdidlərə çevik reaksiya verilməsinə əlavə imkanlar yaradacaq.
Mərasimin sonunda şəxsi heyətə dövlət sərhədinin toxunulmazlığının təmin olunması, sərhəd təhlükəsizliyinin etibarlı mühafizəsi və xidməti vəzifələrin nümunəvi icrası istiqamətində uğurlar arzulanmış və xatirə fotoşəkilləri çəkilib.
Tədbirin rəsmi hissəsindən sonra Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Cavid Abdullayev sərhəd komendantlığının inzibati binasında yaradılmış şəraitlə tanış olmuşdur.

No Comment! Be the first one.