Türkiyənin Manisa bölgəsində təhsil müəssisəsinin yaxınlığında baş verən silahlı insident nəticədə məktəblilər də daxil olmaqla beş nəfər xəsarət alıb. Zərərçəkənlərdən birinin vəziyyəti ağırdır, cinayətkar isə hadisə yerindən uzaqlaşa bilib.
Konkretfakt.info NTV kanalına istinadən xəbər verir ki, silahlı insident səhər saatlarında Turqutlu rayonunda yerləşən liseyinin önündə qeydə alınıb.
İlkin ehtimallara əsasən, kimliyi məlum olmayan şəxs hələlik aydınlaşdırılmamış səbəblərdən məktəbin ətrafında pərakəndə atəş açmağa başlayıb.
Hadisə nəticəsində şagirdlərin də aralarında olduğu beş nəfər yaralanıb. Xəsarət alanlardan birinin vəziyyəti kritikdir.
Silahlı şəxs insidentdən dərhal sonra qaçaraq gizlənib. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlinin yaxalanması istiqamətində axtarış tədbirlərinə start veriblər.
Hazırda məktəb ətrafında təhlükəsizlik tədbirləri artırılıb, müvafiq xilasetmə və tibb xidmətləri davam etdirilir.

No Comment! Be the first one.