Sentyabrın 23-də 35/10 kV-luq “Nəzərabad” yarımstansiyasından qidalanan 10 kV-luq “Şıxmahmud” hava elektrik xəttində təmir-bərpa işləri aparılacaq.
Konkretfakt.info xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib.
Bu səbəbdən sabah saat 14:30-dan 16:30-dək Babək rayonunun Şıxmahmud, Xəlilli və Uzunoba gölünün ətraf ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq.
Enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. İşlər başa çatdıqdan sonra qeyd olunan ərazilərin abonentləri daha keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

No Comment! Be the first one.