“ABŞ hazırda İranla danışıqlar aparmır və aparmağı da planlaşdırmır”.
Konkretfakt.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Hazırda İran İslam Respublikası ilə heç bir danışıqlar və ya söhbət aparılmır və belə bir şey də planlaşdırılmayıb. Dəniz blokadası tam qüvvədə qalır.
Hörmüz boğazı açıqdır və fəaliyyət göstərir. Bütün minalar çıxarılıb və ya partladılaraq zərərsizləşdirilib”, – Amerika prezidenti bildirib.

No Comment! Be the first one.