Naxçıvan şəhərində avtomobilin vurduğu 9 yaşlı uşaq xəstəxanaya yerləşdirilib
Konkretfakt.info Oxu.az-a istinadla xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində baş verib.
“Maple” markalı avtomobil yolu qarşı tərəfə keçən, 2017-ci il təvəllüdlü Nurəddin Anar oğlu Oruclunu vurub.
Xəsarət alan uşaq Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

No Comment! Be the first one.