Lənkəranda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Konkretfakt.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə sentyabrın 3-də rayonun Sütəmurdov kəndində qeydə alınıb.
Belə ki, 1953-cü il təvəllüdlü Mirhəmid Məhəmməd oğlu İbrahimov yaşadığı evin həyətində nərdivandan yıxılıb.
O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

No Comment! Be the first one.