Məktəbdə şagirdlərə İranın mərhum ali rəhbəri Əli Xameneiyə həsr olunan mahnının oxudulması müzakirələrə səbəb olub.
Konkretfakt.info xəbər verir ki, məsələ ilə bağlı AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, ictimai fəal Elyar İslamoğlu münasibət bildirib.
O, müəllimin dərs keçmək əvəzinə şagirdlərə Xameneiyə həsr olunan mahnı oxutdurmasını tənqid edib və bununla bağlı tədbir görülməsini zəruri hesab etdiyini vurğulayıb.
Elyar İslamoğlu qeyd edib ki, məktəblər dini təbliğatın və başqa ölkələrin dini ideologiyalarının yayılması üçün istifadə edilməməlidir.
İctimai fəalın sözlərinə görə, təhsil müəssisələrində yalnız tədris proqramına və fənlərə uyğun materiallar təbliğ olunmalıdır. O, xarici ölkələrin ideologiyalarının məktəblərə gətirilməsini tənqid edərək, bu cür hallara qarşı tədbirlərin görülməsinin vacibliyini bildirib.

No Comment! Be the first one.