Moldovanın cənubundakı Ştefan-Vodə rayonunun Talmaza kəndindən təxminən 3 kilometr məsafədə naməlum uçuş aparatı yerə düşərək partlayıb.
Konkretfakt.info Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Moldova polisi məlumat yayıb.
“İlkin olaraq müəyyən edilib ki, partlayış hazırda kimliyi müəyyənləşdirilməyən uçuş aparatının yerə düşməsi nəticəsində baş verib”, – deyə qurumun “Telegram” kanalında bildirilib.
Moldova Müdafiə Nazirliyinin məlumatına görə, radarlar saat 17:37-də (Bakı vaxtı ilə 18:37) Ukraynanın Kuçurqan kəndi istiqamətindən ölkənin hava məkanına daxil olan obyekti qeydə alıb.
Bununla əlaqədar Moldovada hava məkanı 15 dəqiqə müddətinə bağlanıb.

No Comment! Be the first one.