Səudiyyə Ərəbistanının qərbindəki Məkkə şəhərində, eləcə də krallığın bir neçə digər şəhərində təhlükəsizlik barədə xəbərdarlıq elan edilib.
Konkretfakt.info xəbər verir ki, müvafiq bəyanat krallığın mülki müdafiə xidməti öz “X” hesabında dərc edilib.
Bəyanatda Məkkə sakinlərinə dərhal ən yaxın təhlükəsiz yerə getmək və “təhlükə keçənə” qədər orada qalmaq tapşırılıb.
Qurum pəncərələrdən və şüşə səthlərdən uzaq durmağı, insanların toplaşdığı yerlərdən çəkinməyi tövsiyə edir.

No Comment! Be the first one.