Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Konkretfakt.info Oxu.Az-ın məlumatına istinadən xəbər verir ki, hadisə Lənkəran rayonu Diryan kəndi ərazisində qeydə alınıb.
Kənd sakini 1965-ci il təvəllüdlü İntiqam Ağarza oğlu Nuriyev “Chevrolet Niva” markalı avtomobili ilə Lənkəran şəhərindən Diryan kəndi ərazisində torpaq yolda idarəetməni itirib. Nəticədə avtomobil dərədən aşıb. O, aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.

No Comment! Be the first one.