Cənubi Koreyada (Koreya Respublikası) Şimali Koreya (KXDR) tərəfindən ballistik raketin buraxılması ehtimalı ilə əlaqədar Prezident Administrasiyasının Milli Təhlükəsizlik İdarəsinin təcili iclası çağırılıb.
Konkretfakt.info TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Prezident Administrasiyası məlumat yayıb.
Seulun iddiasına görə, sentyabrın 20-də Vonsan rayonundan Yapon dənizi istiqamətində kiçikmənzilli ballistik raket buraxılıb.
“Şimali Koreyanın ballistik raket buraxması BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur. Onları təcili olaraq bu addımları dayandırmağa çağırırıq”, – deyə Seuldan bəyan edilib.
KXDR tərəfindən buraxıldığı ehtimal edilən raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.
Daha əvvəl KXDR tərəfindən ballistik raketin buraxılması ehtimalı barədə Yaponiyanın Dənizdə Təhlükəsizlik İdarəsi məlumat yaymışdı. İki dəqiqə sonra idarə raketin düşməsi barədə bildiriş paylaşıb.

No Comment! Be the first one.