Tehran bəyan edib ki, ABŞ əvvəllər irəli sürdüyü şərtləri qəbul etməyənə qədər Hörmüz boğazını gəmiçilik üçün açmayacaq.
Konkretfakt.info TASS-a istinadən xəbər verir ki, bu bəyanatı İran parlamentinin (Məclis) sədri Məhəmməd Baqir Qalibaf verib.
O vurğulayıb ki, həmin şərtlər yerinə yetirilməyənə və İran xalqının qanuni hüquqları amerikalılar tərəfindən tanınmayana qədər Hörmüz boğazının açılması üçün ən kiçik bir ehtimal belə qalmayacaq.

No Comment! Be the first one.