İslamabadda yerləşən Pakistan Tibb Elmləri İnstitutunun ginekologiya şöbəsində baş verən yanğında ən azı 14 yenidoğulmuş ölüb.
Konkretfakt.info-nun məlumatına görə, bu barədə Pakistanın “Geo News” televiziya kanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumatda deyilir: “Xəstəxananın ginekologiya şöbəsində baş verən yanğında ən azı 14 yenidoğulmuş ölüb. Yanğın doğum şöbəsinin içərisində kondisioner kompressorunun partlamasından sonra başlayıb”.

No Comment! Be the first one.