Göygöl rayonunda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var.
Konkretfakt.info Oxu.az-a istinadla xəbər verir ki, rayon ərazisində “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılıb.
Qəza nəticəsində dörd nəfər xəsarət alıb.
Zərərçəkənlər – 2005-ci il təvəllüdlü O. Abbaszadə, 2004-cü il təvəllüdlü X. İsmayılov, 2005-ci il təvəllüdlü T. Məhərrəmov və 2005-ci il təvəllüdlü Ü. Bayramlı xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.

No Comment! Be the first one.