Gədəbəydə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Konkretfakt.info APA-ya istinadən xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Niva” markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarına aşıb.
Qəza zamanı sürücü, 2003-cü il təvəllüdlü İ.Məmmədov xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.

No Comment! Be the first one.