Gəncədə 65 yaşlı kişi bıçaq xəsarətindən həyatını itirib.
Konkretfakt.info Oxu.Az–a istinadən xəbər verir ki, 1961-ci il təvəllüdlü M.Musayev bıçaqlanma nəticəsində ağır xəsarət alıb və xəstəxanaya çatdırılıb. Lakin həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətldə şübhəli bilinən 66 yaşlı Nizami İskəndərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

No Comment! Be the first one.