Gəncədə qardaş və bacısı yanıq xəsarəti alıb.
Konkretfakt.info Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alnıb.
İlkin məlumata görə, 1996-cı il təvəllüdlü Əsmayə Əliyeva və onun qardaşı 1998-ci il təvəllüdlü Taleh Əliyev yanıq xəsarətləri ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Hər iki şəxsə tibbi yardım göstərilib, faktla bağlı araşdırma başlanılıb.

No Comment! Be the first one.