Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Konkretfakt.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində onmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub, xəsarət alan olmayıb.
Qeyd edək ki, “Ekopark” yaşayış kompleksində bundan əvvəl də yanğın hadisəsi qeydə alınıb. Kompleksdə yanğınların təkrarlanması sakinlərin təhlükəsizliyi və yaşayış binalarında yanğın təhlükəsizliyi məsələlərini yenidən gündəmə gətirir.

No Comment! Be the first one.