Cəlilabad sakini bədbəxt hadisə nəticəsində ölüb.
Konkretfakt.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Astara rayonunun dağ kəndi olan Təxtənəkəranda qeydə alınıb.
Belə ki, Cəlilabad rayon Vənlik kənd sakini Ramin Simran oğlu Kərimov həyətyani sahədə artezian qazarkən başına boru düşüb.
O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Həkiməqədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.

No Comment! Be the first one.