Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində qadın avtomobilə hücum çəkib.
Konkretfakt.info xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə qadının maşına zərbələr endirdiyi, şüşələrini sındırmağa çalışdığı əks olunub.
İddialara görə, sözügedən avtomobil hadisəni törədən xanımın həyat yoldaşına aiddir.
Qafqazinfo-nun məlumatına görə, hüquq-mühafizə orqanları hadisədən məlumatlıdır. Həmin şəxs artıq aidiyyəti polis şöbəsinə dəvət olunub.

No Comment! Be the first one.