Bakıda yük avtomobilinin texniki nasazlıq səbəbindən yolda qalması nəqliyyatın hərəkətində məhdudiyyət yaradıb.
Konkretfakt.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Hadisə Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində qeydə alınıb. Nəticədə prospektin mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb.
Hazırda problemin aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür.

No Comment! Be the first one.