Bakıda gənc oğlan futbol oynayarkən vəfat edib.
Konkretfakt.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsinin ərazisində yerləşən stadionda baş verib.
Bakı şəhər sakini 1999-cu il təvəllüdlü Xəyal Xaliq oğlu İbadov futbol oynayan zaman səhhətinin qəfil pisləşməsi səbəbindən həyatını itirib.
Onun ürək çatışmazlığından öldüyü bildirilib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğu araşdırma aparır

No Comment! Be the first one.