“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq məqsədilə oktyabrın 24-25-də Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək.
Konkretfakt.info xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, Bakı-Qazax-Bakı marşrutu üzrə də ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
Əlavə reyslər çərçivəsində qatar Bakıdan Ağstafaya saat 08:30-da, əks istiqamətdə isə saat 17:15-də yola düşəcək.
“Biletləri ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və ya dəmiryol kassalarından əldə edə bilərsiniz”, – deyə məlumatda qeyd olunub.

No Comment! Be the first one.