Azərbaycan vətəndaşı olan çobanın dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olduğu bildirilir.
Konkretfakt.info xəbər verir ki, bu barədə Oxu.Az Ermənistan mətbuatına istinadən məlumat yayıb.
Məlumata görə, hadisə Tavuş vilayətinin Çinari kəndi yaxınlığında baş verib. Bölgə sakinlərinin sözlərinə əsasən, Azərbaycan vətəndaşı sərhəd xəttini keçərək Ermənistan ərazisinə daxil olub.
İlkin məlumatlarda çobanın Ermənistan hərbi polisi tərəfindən saxlanıldığı qeyd edilir.
Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

No Comment! Be the first one.