Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Bolqarıstanın xarici işlər naziri Velislava Petrova ilə görüşüb.
Konkretfakt.info XİN-ə istinadən xəbər verir ki, tərəflər strateji tərəfdaşlıq gündəliyini, o cümlədən, siyasi dialoq, enerji əməkdaşlığı, Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi, bərpaolunan enerji layihələri, həmçinin Orta Dəhliz vasitəsilə nəqliyyat və bağlantı məsələlərini müzakirə ediblər.
Nazirlər, eləcə də Azərbaycan–Avropa İttifaqı əməkdaşlığı və regional proseslər barədə fikir mübadiləsi aparıblar.

No Comment! Be the first one.