Ağstafa rayonunda qətl hadisəsi baş verib.
Konkretfakt.info Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki parkda qeydə alınıb.
Rayon sakini, 1992-ci il təvəllüdlü Rəşad İsmayılov həmyerlisi, 1993-cü il təvəllüdlü Sabir Şükürov arasında mübahisə baş verib. Mübahisə zamanı S.Şükürov özü ilə gətirdiyi bıçaqla R.İsmayılovu qətlə yetirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən S.Şükürov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

No Comment! Be the first one.