“Adore” mağazalar şəbəkəsində olan endirim kampaniyası zamanı alıcıların aldadılması ilə bağlı iddialar yayılıb.
Konkretfakt.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, mağazadan alış-veriş edən müştəri bununla bağlı sosial şəbəkələrdə video paylaşıb.
O bildirib ki, aldığı məhsullar istifadə müddəti artıq bitmiş və ya son istifadə tarixinə çox az vaxt qalmış xüsusi endirim adı altında satışa təqdim olunub:
“Guya məşhur “Adore” mağazasında 50%-ədək endirim var. Mən də gəlib buradan məhsullar əldə etmişəm. Məhsulların hamısının son istifadə tarixi bitib. Mən konsilerdən istifadə etmişəm, gözüm allergik reaksiya verib. Tuşun heç bir effekti yoxdur. Aldığım bronzer, haylayterin heç bir piqmentasiyası yoxdur, yəni sıfırdır.
Gəlmişəm mağazaya, deyirlər ki, sizin qəbziniz olmadığı üçün biz heç nə edə bilmərik. Amma mən kartla ödəniş etmişəm. Sübut edirəm ki, mən bu ödənişi eləmişəm burada və deyirəm, açın qəbzə baxın. Onlar da bildirirlər ki, qəbzin nömrəsi olmasa, baxa bilməzlər.
Bu nə məsuliyyətsizlikdir? İnsanların sağlamlığını siz nə haqla belə təhlükəyə atırsınız? Mənim gözümdə nəsə bir fəsad olsa, siz bunun cavabını necə verəcəksiniz?”

No Comment! Be the first one.