Yeni Zelandiyada “Forrest Field” özəl aerodromu yaxınlığında helikopter qəzaya uğrayıb, pilot həlak olub.
Konkretfakt.info xəbər verir ki, bu barədə “1news” xəbər portalı məlumat verib.
Hadisə Kraystçerç şəhərindən təxminən 30 kilometr şimal-qərbdə yerləşən Ayeruell yaxınlığında baş verib.
“Helikopterin pilotu hadisə yerində həyatını itirib. Göyərtədə başqa heç kim olmayıb”, – deyə polis nümayəndəsi Den Overend bildirib.
Helikopter aerodromdan bir neçə yüz metr aralıda yerləşən tarlada qəzaya uğrayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerini hasara alıblar, araşdırma aparılacaq.
Helikopterin modeli, ölən şəxs barəsində məlumatlar və qəzanın səbəbi dəqiq açıqlanmır.

No Comment! Be the first one.