Goranboy rayonunda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Konkretfakt.info Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Veyisli-Rəhimli yolunda qeydə alınıb. Rayon sakini, 2004-cü il təvəllüdlü İ.Həmidov VAZ-2107 markalı avtomobillə yolu keçən 2013-cü il təvəllüdlü Əliağa Əsgərovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar aparılır.

No Comment! Be the first one.