Ucarda yol qəzası olub, xəsarət alanlar var.
Konkretfakt.info APA-nın yerli bürosunun məlumatına əsasən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Alpı kəndindən keçən hissəsində baş verib.
Belə ki, “Mercedes” markalı minik maşını ilə “Hyundai” markalı minik maşını toqquşub.
Nəticədə 6 nəfər xəsarət alıb.
Zərərçəkənlər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

No Comment! Be the first one.