Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə “Real TV”nin əməkdaşlarına hücum olub.
Konkretfakt.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün həmin məktəbin 7-ci sinif şagirdi olan qız dərs zamanı pəncərədən yıxılaraq həyatını itirib.
Telekanalın əməkdaşları hadisə ilə əlaqədar çəkiliş aparmaq üçün məktəbə gediblər. Lakin orta məktəbin qarovulçusunun təkidi ilə bir qrup şəxs məktəbin həyətində çəkiliş qrupuna hücum edib.
Hadisə nəticəsində televiziyanın operatoru müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Jurnalistlər dərhal DİN-in “102” Xidmət Zəng Mərkəzinə məlumat veriblər və hadisə çevik qaydada nəzarətə götürülüb. Mətbuat nümayəndələrinə qarşı hüquqazidd əməl törətmiş şəxslər barəsində məsuliyyət tədbirləri görülür.

No Comment! Be the first one.