“Qarabağ” – “Neftçi” futbol oyunu ilə bağlı 19 azarkeş saxlanılıb.
Konkretfakt.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin şəxslər oyundan əvvəl və sonra insident törətməyə cəhd göstərdiklərinə görə polis tərəfindən müəyyən edilərək saxlanılıblar.
Onlar barəsində aidiyyəti polis orqanında qanunamüvafiq tədbirlər görülür.

No Comment! Be the first one.