2026/2027-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrində ixtisas fənn müəllimi və istehsalat təlimi ustası vəzifələrinə işə qəbul müsabiqəsinə start verilib.
Müsabiqə çərçivəsində Bakı, Naxçıvan və ölkənin digər bölgələrində fəaliyyət göstərən peşə təhsili müəssisələri üzrə ümumilikdə 1 339 vakansiya elan olunub. Bunlardan 316-sı ixtisas fənn müəllimi, 925-i istehsalat təlimi ustası, 98-i isə yüksək texniki peşə təhsili səviyyəsi üzrə müəllim vəzifələridir.
Bu sahədə çalışmaq istəyən namizədlər iyulun 30-dək portal.edu.az elektron müraciət sistemi vasitəsilə qeydiyyatdan keçərək müraciətlərini təqdim edə bilərlər.
İşə qəbul prosesi elektron ərizələrin qəbulu, namizədlərin təqdim etdikləri məlumatların yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərindən ibarət olacaq.
Ərizələri təsdiqlənən namizədlər avqustun 11-də keçiriləcək test imtahanında iştirak etmək hüququ qazanacaqlar.
Vakansiyalar, ixtisas istiqamətləri və imtahan proqramının əhatə etdiyi mövzularla bağlı ətraflı məlumat elektron müraciət portalında yerləşdirilib.

No Comment! Be the first one.