Şagirdlərin məktəbli forması ilə bağlı qaydalar bir daha gündəmə gəlib. Məktəbə açıq-saçıq, həddindən artıq qısa və təhsil mühitinə uyğun olmayan geyimlərlə gəlmək yolverilməzdir.
Konkretfakt.info xəbər verir ki, mövcud qaydalara əsasən, hər bir təhsil müəssisəsində müəyyən edilən vahid məktəbli formasına riayət olunmalıdır. Şagirdlər dərsə həmin formaya uyğun geyimdə gəlməli, məktəbin daxili qaydalarını nəzərə almalıdırlar.
Məktəbli formasının əsas məqsədi təhsil müəssisəsində vahid geyim mühiti yaratmaq və nizam-intizamı qorumaqdır.

No Comment! Be the first one.