Gəncə şəhərində zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilən şagirdlər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri olublar.
Konkretfakt.info xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
“Bu gün Gəncə şəhəri, Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı 4-cü sinif şagirdlərindən bir neçəsi özünü pis hiss ediblər. Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır. Şagirdlərin səhhəti təhsil müəssisəsi və idarə tərəfindən nəzarətdə saxlanılır”, – deyə məlumatda vurğulanıb.

No Comment! Be the first one.