Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Konkretfakt.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə şəhərin ticarət mərkəzlərindən birinin qarşısında qeydə alınıb.
Belə ki, 2010-cu il təvəllüdlü S.N (ad şərtidir) bıçaqlanma diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

No Comment! Be the first one.