Şəmkirdə dərmandan zəhərlənən qadın xəstəxanada ölüb.
Konkretfakt.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Qasımalılar kəndində qeydə alınıb.
Kənd sakini 40 yaşlı Gülnarə Ələsgərova dərman zəhərlənməsi diaqnozu ilə Şəmkir xəstəxanasına daxil olub.
Xəstəxanada həkimlərin tibbi yardımlarına baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

No Comment! Be the first one.