Badamdar qəsəbəsində yerləşən bir tikili ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Konkretfakt.info xəbər verir ki, jurnalist Tural Müseyibov sözügedən tikili ilə bağlı sosial şəbəkə hesabında video paylaşıb.
Görüntülərdə tikilinin yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında yerləşdiyi görünür. Bu isə ərazidə aparılan işlərin təhlükəsizlik və tikinti normaları baxımından uyğunluğu ilə bağlı suallar yaradır.
Həmçinin paylaşımda ərazidə tikinti işləri zamanı ağacların kəsilməsi ilə bağlı fikirlər səsləndirilir. Bu məlumatların aidiyyəti qurumlar tərəfindən araşdırılaraq dəqiqləşdirilməsi mümkündür.
Hazırda tikintiyə hansı qurum tərəfindən və hansı əsasla icazə verilməsi, eləcə də ərazidə aparılan işlərin mövcud tələblərə uyğun olub-olmaması barədə rəsmi məlumat yoxdur.
Məsələ ilə bağlı aidiyyəti qurumların açıqlaması gözlənilir.

No Comment! Be the first one.