Xalq artisti Aygün Kazımova yeni mahnısını dinləyicilərin ixtiyarına verib.
Konkretfakt.info xəbər verir ki, “Bilirəm” adlanan mahnının sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, musiqisi isə Kamala məxsusdur.
Sənətçi yeni mahnısı üçün klip də çəkdirib. Ekran işinin rejissoru Emin Muradovdur. Klip Azərbaycanın füsunkar guşələrindən olan Qəbələdə lentə alınıb.
Qeyd edək ki, bu il səhnə fəaliyyətinin 40 illiyini qeyd edən Aygün Kazımova yubiley ilində yeni layihələri ilə diqqət çəkməyə davam edir.

No Comment! Be the first one.