Bakıda məhbusa vintaçanla xəsarət yetirilib.
Konkretfakt.info Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxt ərazisindəki cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.
Cəzaçəkmə müəssisəsində cəza çəkən 2001-ci il təvəllüdlü Sənan Ağabala oğlu Həsənov qarın boşluğunun küt alətlə deşilməsi diaqnozu ilə xəstəxanaya aparılıb. Araşdırmalarla ona cəzaçəkmə müəssisəsində vintaçanla xəsarət yetirilməsi faktı məlum olub.
Faktla bağlı araşdırma aparılır.

No Comment! Be the first one.