ABŞ Konqresinin yeni tərkibi ölkə tarixində ən çox cinsi azlıq mənsubunun yer aldığı qanunverici orqan kimi tarixə düşəcək.
Konkretfakt.info Oxu.az-a istinadla xəbər verir ki, bu barədə bərabərhüquqluluq üzrə parlament qrupu məlumat yayıb.
“Bildiyimiz qədər, 120-ci Konqres rəsmi olaraq tarixdəki ən çox cinsi azlıq nümayəndəsi olan Konqres olacaq”, – deyə “X” sosial şəbəkəsindəki açıqlamada vurğulanır.
Dəqiqləşdirilmiş məlumatlara görə, hazırda Konqresdə 14 LGBT nümayəndəsi var, lakin yeni tərkibdə bu göstərici ən azı 17 nəfərə çata bilər.
Xatırladaq ki, noyabrın 3-də ABŞ-də Konqresə keçirilən aralıq seçkidə Demokratlar Partiyası inamlı qələbə əldə edib.

No Comment! Be the first one.