X-XI siniflərdə geyim qaydalarına riayət etməyən və dərsə gəlməyən şagirdlərə attestat verilməsi məsələsinə aydınlıq gətirilib.
Konkretfakt.info xəbər verir ki, bu barədə APA-ya müsahibəsində elm və təhsil nazirinin müavini Firudin Qurbanov danışıb.
“Şagirdlərin yekun attestasiyası və biliklərinin qiymətləndirilməsi Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli 498 nömrəli qərarı ilə tənzimlənir. Biliyi hər hansı səbəbdən asılı olmayaraq qiymətləndirilməyən şagirdə ümumi və ya tam orta təhsil haqqında attestat verilmir”, – deyə o bildirib.

No Comment! Be the first one.