Tovuzda 56 yaşlı kişi odlu silahdan açılan atəş nəticəsində ölüb.
Konkretfakt.info Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Belə ki, 1970-ci il təvəllüdlü Elman Hüseynov yaşadığı evdə odlu silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

No Comment! Be the first one.