Bakıda 2 yaşlı uşaq faciəli şəkildə ölüb.
Konkretfakt.info Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsinin ərazisində baş verib. Qəsəbə sakini 2024-cü il təvəllüdlü F.C. evinin qarşısındakı su kanalına düşərək boğulub.
Uşağın meyiti sudan çıxarılıb.
Faktla bağlı araşdırmalar aparılır.

No Comment! Be the first one.