Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyan sentyabr ayında Nyu-Yorkda görüşəcək.
Konkretfakt.info xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Azadlıq Radiosu”nun sualını cavablandırarkən bildirib.
“Görüş BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutacaq”, – Mirzoyan deyib.
Qeyd edək ki, sentyabrın 8-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının 81-ci sessiyası öz işinə başlayıb.

No Comment! Be the first one.