Konkretfakt.info xəbər verir ki, Tərtər rayon sakini, 2005-ci il təvəllüdlü Sərxan Bəxtiyar oğlu Rüstəmzadə minalardan təmizlənməmiş ərazidə atla hərəkət edərkən at piyada əleyhinə minaya düşüb. S.Rüstəmzadə yüngül xəsarət alıb.
Ağdərə rayonunun Papravənd kəndi ərazisində sentyabrın 10-da mina partlayıb.
Vətəndaş ANAMA əməkdaşları tərəfindən təhlükəli ərazidən təxliyə edilib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

No Comment! Be the first one.