Ucarda avtomobillərin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Konkretfakt.info Bakıvaxtı.az-a istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.
Toqquşma zamanı müxtəlif bədən xəsarətləri alan 1992-ci il təvəllüdlü rayon sakini Umudov Pünhan Bəşir oğlu xəstəxanaya çatdırılıb. Xəsarətlərinin ciddiliyi nəzərə alınaraq o, daha sonra Bakıda yerləşən klinikalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.

No Comment! Be the first one.