Bu ilin yanvar-iyun aylarında ölkə üzrə fəaliyyət göstərən 390 ümumtəhsil məktəbində qida təhlükəsizliyi ilə bağlı monitorinqlər keçirilib. Yoxlamalar nəticəsində 263 məktəbdə normativ tələblərin pozulduğu müəyyən edilib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əli Nəbiyev qurumun ilk altı ay üzrə fəaliyyətinə həsr olunan mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, monitorinqlər zamanı yararlılıq müddəti bitmiş, eləcə də satışı qadağan olunan məhsullar aşkar edilərək dərhal dövriyyədən çıxarılıb.
Əli Nəbiyev bildirib ki, aşkar olunan pozuntularla bağlı müvafiq tədbirlər görülüb və iki məktəb bufetinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb.

No Comment! Be the first one.